Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Şöbə rəisi
Azerbaijan Railways CJSC Müddət: 2020-07-20 - 2020-08-03
Baxış sayı: 820 Vakansiya № 1003397
Şəhər: Bakı

Şöbə rəisi

Strateji və korporativ inkişaf İdarəsi

İnstitusional islahatların idarə edilməsi şöbəsi

Bakı şəhəri

Vakansiya kodu - V200717-1

Kateqoriya - Rəhbər

Elan tarixi - 17/07/2020

Son müraciət tarixi - 02/08/2020

Əmək şəraiti - Ofisdaxili

İş vaxtının norması - 09:00-18:00 / 5 günlük iş həftəsi

Ödəniş növü - Vaxtamuzd

Təhsil istiqaməti/ixtisası

İqtisadiyyat

Maliyyə

İdarəetmə

Texniki yönümlü

Layihələrin idarə olunması

Minimum təhsil dərəcəsi - Bakalavriat

Sahə üzrə iş təcrübəsi - 5 il

Tələb olunan biliklər

Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktlar və rəhbərliyin əmr, qərar və sərəncamlarına dair biliklər;

İqtisadiyyat, idarəetmə, əmək qanunvericiliyi və marketinqin əsaslarına dair biliklər;

Dövlət orqanlarında kargüzarlığın aparılması qaydalarına dair biliklər;

Respublikanın və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübələrinə dair biliklər.

Fərdi keyfiyyət göstəriciləri

Problem həlletmə

Analitik düşüncə

Təşəbbüskarlıq

Strateji düşüncə

Komanda işini təşviq etmə

Dəyişiklikləri idarə etmə

Digər tələb və üstünlük göstəriciləri

Magistr dərəcəsi; Layihələrin idarə edilməsi sahəsi üzrə iş təcrübəsi; Layihələrin idarə edilməsi (Project management) üzrə beynəlxalq sertifikatlar (PMP, PMİ-ACP və s.); Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu; İdarəetmə və nəzarətetmə qabiliyyəti, ünsiyyət qurmaq bacarığı, kollektivlə işləmək bacarığı.

Komputer bilikləri

MS Office-sərbəst

MS Outlook-sərbəst

MS Project-sərbəst

Dil bilikləri

İngilis-sərbəst

Rus-sərbəst

Vəzifə öhdəlikləri

Şöbənin işini təşkil etmək;

İdarənin illik əməliyyat planından irəli gələn illik iş planını və şöbənin işçiləri arasında iş bölgüsünü müəyyən etmək;

Şöbənin fəaliyyəti üzrə mövcud olan layihələrin müvafiq qaydada planlaşdırılmasını həyata keçirmək;

Layihələrin idarə olunması üzrə metodologiyanın hazırlanmasını, təkmilləşdirilməsini və kommunikasiyasını həyata keçirmək;

Cəmiyyətin müvafiq dövr üzrə müxtəlif icra planlarının layihələrini hazırlamaq, müvafiq qaydada təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil etmək;

Cəmiyyət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan islahat, konsepsiya və proqram layihələrinin hazırlanmasında iştirak etmək;

İslahat layihələrinin idarə olunması üzrə işçi qruplarının formalaşmasında iştirak etmək və məsələ ilə bağlı tövsiyələr vermək;

İslahat layihələri üzrə aparılan işlərlə bağlı Cəmiyyətin müvafiq struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

Cəmiyyətin fəaliyyət istiqamətlərinin iqtisadiyyatın dəyişən mühitinə uyğunlaşdırılması məqsədilə struktur qurumların funksiyalarını təhlil etmək və müvafiq təkliflər vermək;

Layihənin tələb olunan keyfiyyətdə, vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;

Şöbənin işi və layihələr üzrə hesabatları hazırlamaq.

Ünvan - Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Müraciət etmək üçün link:  https://career.ady.az/Vacation/Get/812#vp


Bu kateqoriyada digər vakansiyalar