Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

Mərkəzi və yerli şəbəkənin inkişafı sektorunun müdiri
Aztelekom Müddət: 2020-07-20 - 2020-08-20
Baxış sayı: 253 Vakansiya № 1003399
Şəhər: Bakı

Departament: Texniki  departament;

Şöbə: Cari planlama və xidmət keyfiyyətinə nəzarət;

Sektor: Mərkəzi və yerli şəbəkənin inkişafı.

Əsas vəzifə və öhdəlikləri:

Cari Planlama və Xidmət keyfiyyətinə nəzarət, prosesi və ona aid olan bütün sənədləri yaratmaq, daim təkmilləşdirmək və prosesə riayət etmək;

Tabeçiliyində olan işçilərə rəhbərlik etmək, onların arasında iş yükünü səmərəli paylaşdırmaq, habelə onları elanlarla, təlimatlarla, texnoloji proseslərlə tanış etmək;

Mərkəzi və Yerli şəbəkəsinin inkişafı üçün investisiya qoyuluşu üzrə layihə smeta sənədlərinin hazırlamaq, podrat müqavilələrinin, obyektlərin maliyyələşməsinin, tikinti quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparılmasını təşkil etmək;

Şəbəkənin inkişafı üçün layihələrin həyata keçirilməsinə tələb olunan material, əmək və maliyyə vəsaitlərinin hesabatının texniki iqtisadi əsaslandırmalarının tərtib edilmək;

Yeni texnika və texnologiyaların, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqi metodlarının və əldə oluncaq səmərəliliyin müəyyənləşdirilməsi, müxtəlif iqtisadi əsaslandırmaların tərtibi, əməyin və idarəetmənin proqressiv formalarının tətbiqi, proqnoz və hesabat sənədlərinin təkmilləşdirilməsini təmin etmək;

Mütəmadi olaraq mərkəzi və yerli şəbəkənin təhlilini aparmaq, statistik məlumatlara əsasən şəbəkənin son durumu haqqında məlumatlar hazırlamaq;

Statistik məlumatların nəticələrinə əsasən və şəbəkədə yeni texnologiyaların tətbiqi  üçün təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək;

Mərkəzi və yerli şəbəkəsinin inkişafı üçün daxili resurslardan istifadə eməklə mütəmadi olaraq Departamentin texniki heyətini yeni texnologiyalarla məlumatlandırmaq;

Struktur bölmələri ilə daima sıx əlaqədə olmaq, onlar tərəfindən verilən layihələrin və eskizlərin icrası üçün təkliflər hazırlayıb təqdim etmək;

Sektorun işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;

Sahəsinə aid olan Daxili Qaydaların,  Təlimatların, Proseslərin, Prosedurların tərtibatına və onların daimi müasirləşməsinə, eyni zamanda istifadəsinin riayət olunmasına dair tədbirlər görmək;

Tabeçiliyində olan personalın inkişafını təmin etmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali Texniki təhsil;

Mərkəzi və yerli şəbəkəsinin istismarı, inkişafı sahəsində və digər telekommunikasiya texnologiyaları sahəsində ən azı 5 illik peşəkar iş təcrübəsi;

Rəhbərlik üzrə ən azı 3 illik əmək stajı;

Sahasinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;

Şəbəkədə istismarda olan avadanlıqların quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini prinsipial, montaj və funksional sxemlərini bilməlidir;

Mütəmadi olaraq yeni texnika və texnologiyaları izləməli, onların tətbiq sahələri haqqında məlumatlar toplamalıdır;

Şəbəkənin inkişaf planlarının hazırlanmasını və  layihə smetasını tərtib etməyi bilməlidir.

Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;

İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;

Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;

Kompüter bilikləri üzrə: MS Office (Word / Excel) və Outlook proqramlarını mükəmməl bilməlidir;

Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır.

İŞ ŞƏRAİTİ

Əmək müqaviləsi;

Rəqabətli əmək haqqı;

Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;

Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;

İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);

İş yeri: Bakı şəhəri;

Peşəkar həmfikirlər komandası;

Peşəkar inkişaf və karyera imkanları;

ƏMƏK HAQQI GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Mərkəzi və yerli şəbəkənin inkişafı sektorunun müdiri) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.