Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Müştərilərlə iş üzrə sektorunun müdiri
Aztelekom Müddət: 2020-07-20 - 2020-08-20
Baxış sayı: 632 Vakansiya № 1003400
Şəhər: Bakı

Aztelekom” MMC hazırda baş ofisin Kommersiya Departamentinə Müştərilərlə iş üzrə sektorunun müdiri (Ön Masa) vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

  1. Satış və Xidmətin təqdim edilməsi üzrə prosesi və ona aid olan bütün sənədlərin yaradılmasında, daim təkmilləşdirməsində və prosesə riayət edilməsində fəal iştirak etmək; 
  2. Tabeçiliyində olan işçilərə rəhbərlik etmək, onların arasında iş yükünü səmərəli paylaşmaq;
  3. Xidmət mərkəzlərin işçi heyyətin davamiyyətinə nəzarət etmək;
  4. Proqram təminatlarını inkişaf etdirmək (zəruri hallarda);
  5. Müxtəlif növ hesabatları tərtib etmək;
  6. Sektorun işçiləri üçün növbəli iş cədvəlinin tərtibatına nəzarət etmək;
  7. Departamentin digər struktur  bölmələri ilə sektorun fəaliyyətini  koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək;
  8. Tabeçiliyində olan işçilər tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək;
  9. Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirmək və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlamaq;
  10. Sektorun rüblük, yarımillik və illik işini təhlil etmək, fəaliyyəti barədə  birbaşa rəhbərə hesabat vermək;
  11. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  1. Ali  Təhsilli;
  2. Müştəri Xidmətləri (ön masa sahəsinə üstünlük verilir) minimum 3 il təcrübəsi olmalıdır;
  3. Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
  4. Müştəri Xidmətləri trendlərini bilməlidir;
  5. Azərbaycan,  Rus dillərini mükəmməl bilməlidır, İngilis dili arzuolunandır;
  6. İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
  7. Satış üzrə bacarıqlara malik olmalıdır;
  8. Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
  9. Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
  10. Müştərilərlə iş üzrə  prosesinə aid olan sənədlərin  tərtib etmə bacarıqlara yüksək səviyyədə malik olmalıdır;
  11. Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  12. İşgüzar yazışma əsaslarını bilməlidir;
  13. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

ƏMƏK HAQQI GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Müştərilərlə iş üzrə sektorunun müdiri (Ön Masa)). qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Bu kateqoriyada digər vakansiyalar