Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Qazanxana operatoru
AzInTelecom MMC Müddət: 2020-07-21 - 2020-08-21
Baxış sayı: 525 Vakansiya № 1003403
Şəhər: Bakı

“AzInTelecom” MMC Qazanxana operatoru vakansiyasını elan edir.

Şirkət haqqında:Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və  ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.        

Şöbə: Inzibati işlər departamenti/Təsərrüfat şöbəsi

Vəzifə öhdəlikləri:

  • Qazanxanada suyun səviyyəsinin və tənzimləyicisinin yoxlanılması, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət olunması;
  • İşə başlamazdan əvvəl avadanlığın və ləvazimatların işə yararlı vəziyyətdə olduğunu yoxlanılması;
  • Qazanxanada bütün təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi;
  • Qazanxana avadanlıqlarına nəzarət;
  • Nasos, mühərrik və digər köməkçi mexanizmlərin lazım olduqda işə salınması, dayandırılması;
  • Soyutma avadanlıqlarının işinə nəzarət, alarmlar haqqında məlumat verilməsi;
  • Monometrlərə, qoruyucu klapanlara, nasoslara avtomatik cihazlara və s. nəzarət;
  • Rəhbərliyin tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirmək;
  • Avadanlıqların texniki göstəricilərinin qeydiyyatının aparılması;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməli və onlara ciddi riayət edilməsi;
  • Mövcud normativ-hüquqi aktlarda nəzərdə tutulmuş sənədləşmənin aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Soyutma sistemləri (chiller,fancoil,split kondisioner) haqqında məlumat;
  • Məsuliyyətlilik və cavabdehlik
  • Çeviklik və operativlik;
  • Dəyərlərə bağlılıq və loyallıq prinsipləri
  • Komandada işləmə bacarığı;

Təhsil:

  • Texniki sahə üzrə ali təhsil

Dil bilikləri: Azərbaycan dili, rus dili arzu olunandır.

İş təcrübəsi: 0-1 ilədək iş təcrübəsi

Xüsusi tələblər:

  • Qazanxana və istilik sistemləri sahəsində sertifikatı və iş təcrübəsi olan namizədlərin seçiminə üstünlük verilir.

İş qrafiki: 7:30-18:00  (Bazar ertəsi – Cümə qış mövsümü)

                 9:00-18:00   (Bazar ertəsi – Cümə yay mövsümü)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.