Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Modelyer-konstruktor
Alyans Tekstil MMC Müddət: 2020-07-21 - 2020-08-21
Baxış sayı: 209 Vakansiya № 1003404
Şəhər: Sumqayıt

Alyans Tekstil” MMC-də Modelyer-konstruktor vakansiyası üzrə işçi axtarılır. 

Vəzifə öhdəlikləri:

-  Materialın elastikliyini nəzərə alaraq lekalın ölçülərini ən dəqiq şəkildə hesablamaq

-  Hər ölçü üçün rəsm alətləri, kompüter və ya ölçmə cihazlarından istifadə edərək lekal çıxarmaq

-  Kağız köməyi ilə kütləvi istehsalda istifadə ediləcək qəliblərin hazırlanması,

-  Qəliblərin miqdarını, formasını və ölçülərini nəzərə alaraq məhsul üçün tələb olunan material və ya parça miqdarını təyin etmək,

-  Parçaların qoşulacağı yerləri, düymə yuvası və qəlibdəki cib kimi detalların yerlərini işarələmək,

-  Modelin nümunə kəsmə və tikmə mərhələsində iştirak etmək,

-  Nümunə tikiş zamanı baş verə biləcək səhvləri və ya çatışmazlıqları aşkar etmək və qəliblərə düzəlişlər etmək

-  Bütün nəzarətlərdən sonra tikiş təlimatları vermək və modelin kütləvi istehsala getməsini təmin etmək.

Namizədə tələblər

-  Müvafiq sahə üzrə min. 5 il iş təcrübəsi

-  Qəbul olunmuş geyim standartları və ölçülərini bilmək,

-  Tikiş proseslərini bilmək;

-  Tikiş materiallarının, ləvazimat və furniturların tərkibləri və xüsusiyyətlərini, növlərini tanımaq;

-  Komanda işinə meylli olmaq,

-  Dəyişməyə və inkişafa açıq olmaq,

-  Məsuliyyətli və həll yönümlü yanaşmalar göstərmək.

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə

İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30

Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Modelyer-konstruktor” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.