Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

İstək və Şikayətlərin həlli üzrə mütəxəssis
Aztelekom Müddət: 2020-07-22 - 2020-08-21
Baxış sayı: 750 Vakansiya № 1003410
Şəhər: Bakı

Əsas vəzifə və öhdəlikləri:
· Müştərilərdən gələn müraciətləri növündən asılı olaraq qruplaşdırmaq və aidiyatı şöbələrə yönləndirmək;
· Standart cavabları hazırlamaq;
· Təyin olunmuş zaman çərçivəsində müraciətləri cavablandırmaq.
· Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
· Ali Təhsil;
· Müştəri Xidmətləri sahəsində (şikayyətlərin həlli/problemli müştərilərlə iş sahasinə üstünlük verilir) minimum 2 il əmək stajı;
· Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
· Peşəkar ünsiyyət psixologiyasını bilməli;
· Stressə davamlı olmalı;
· İnsanları inandırmaq vasitələri bilməli;
· Müştərini diqqət mərkəzində saxlamalı;
· Müştərilərin müraciyətlərinin həll olunmasına təşəbbüs göstərməli;
· Müştəri Xidmətlərinə aid olan sənədləritərtib etməli;
· İT biliklər: MS Office və Outlook programlarını mükəmməl bilməli;
· İşgüzar yazışma əsaslarını bilməli.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İstək və Şikayətlərin Həlli üzrə Mütəxəssis) qeyd etməyinizi xahiş edirik.
E-ünvan: hr@aztelekom.az
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Bu kateqoriyada digər vakansiyalar