Bugün 9 vakansiya və 6 CV əlavə edilmişdir

Logistika üzrə menecerin assistenti
SmartOn Müddət: 2020-07-22 - 2020-08-21
Baxış sayı: 1064 Vakansiya № 1003411
Şəhər: Bakı

Vəzifə öhdəlikləri

  • Təchizatçılar və brokerlər ilə münasibətləri idarə edir;
  • Qiymət razılaşmalı üçün danışıqları aparır;
  • İdxal sənədlərinin hazırlanmasını, müvafiq sertifikatların alınmasını təmin edir;
  • Logistika əməliyyatlarını icra edir;
  • Daxil olan yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesi nəzarətdə saxlayır;
  • Gömrük bəyannamələrini tərtib edir;
  • Müvafiq müqavilələri ilkin baxışdan keçirir;
  • Yük sənədlərinin yoxlayır, uyğunsuzluq aşkar edildikdə birbaşa rəhbərinə məruzə edir.

Namizədə qarşı tələblər  

  • Azərbaycan dilini səlis, ingilis dilinin “intermadiate” səviyyəsində biliyi olmalı
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi olmalı;
  • Azərbaycan Respublikasının Gömrük Məcəlləsini bilməli;
  • İşində dəqiq, ciddi, tələbkar, dürüst, çevik, iş mühitinə uyğunlaşa bilən və təhlil qabiliyyəti yüksək olmalı;
  • Excel bilikləri yaxşı səviyyədə olmalı;
  • Yaş həddi: 25-35;
  • İş qrafiki: 10:00-19:00, 7/5;
  • Əmək haqqı 700-1000 manat;
  • Əvvəli iş yerindən yazılı müsbət xasiyyətnaməsi olmayan namizədlərin namizədliyi qəbul edilməyəcək.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

 

Şirkət haqqında

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

•Topdan və pərakəndə satış

•Korporativ satış

•SmartOn.az onlayn mağaza üzərindən satış

•Rəsmi və avtorizə olunmuş servis mərkəzləri

Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.