Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

SƏTƏM mühəndisi
Premium Transport MMC Müddət: 2020-07-27 - 2020-08-27
Baxış sayı: 246 Vakansiya № 1003441
Şəhər: Bakı

“PREMİUM TRANSPORT” MMC

Vəzifə : SƏTƏM mühəndisi

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək

İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun yaxınlığı

Elektron poçt ünvanı : hr@premiumtransport.az

Vəzifə öhdəlikləri:

• Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsinin rəisi tərəfindən gündəlik işqabağı verilən və göstərilən tapşırıqları yerinə yetirmək;
• Sahədə risklərin qiymətləndirilməsini aparmaq;
• Gündəlik işqabağı işçiləri təlimatlandırmaq, işçilərin işləyəci peşə və vəzifələrini düzgün və təhlükəsiz icra etmələri haqda məlumatlandırmaq;
• Fərdi mühafizə vasitələrinin işçilərin tərəfindən düzgün istifadə edilməsinə nəzarət etmək;
• Hər hansı bir işçinin gördüyü təhlükəli işini anında saxlayıb – işin riskini qiymətləndirdikdən sonra aradan qaldırmaq;
• İşin riskini aradan qaldırdıqdan sonra həmin riski öz şöbə rəhbəri, layihə rəhbəri və dağ – mədən nəzarətçisi ilə müzakirə etmək;
• İşin riskinin nəticəsini bütün işçilərə bildirmək;
• İşə yeni başlayan işçilərə ƏM və TT üzrə təlimat keçmək, jurnallara qeyd etmək, 3 (üç) aydan bir bütün işçilərə təkrar və növbədənkənar təlimatlar keçirmək.

Namizədə olan tələblər

• Dağ-mədən və ya istehsalat sahəsində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi.
• Əməyin mühafizəsi üzrə yerli qanunvericiliyi mükəmməl bilmək.
• Word, Excel, Outlook proqramlarında işləyə bilməli.
• İngilis və rus dillərini bilmək arzuolunandır.

İş şəraiti

• 6 günlük iş norması – 1–5- ci günlər 7 saat, 6-cı günlər 5 saat
• İş sahəsinə nəqliyyatla çatdırılma və nahar ilə təmin olunma;
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“SƏTƏM mühəndisi” başlığı ilə) göndərməyini xahiş edirik.