Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Aktuar xidmətində Baş məlumat analitiki
Paşa Sığorta Müddət: 2020-07-30 - 2020-08-30
Baxış sayı: 207 Vakansiya № 1003461
Şəhər: Bakı

“PAŞA Sığorta” ASC namizədləri Aktuar xidmətində Baş məlumat analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir keçməyə dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Aşağıda qeyd olunanlar üzrə data scientist komandasına istiqamət verərək prosesə rəhbərliyin həyata keçirilməsi;
• Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
• Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
• Prediktiv modellər və maşın öyrənməsi alqoritmlərinin qurulması;
• “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
• Biznes problemləri üçün həllərin hazırlanması;
• İT, marketinq və satış komandaları ilə sıx əməkdaşlığının qurulması;
• Verilənlərin keyfiyyət meyarlarına uyğun monitorinqlərin aparılması;
• Verilənlərin təmizlənməsi (data cleaning) üzrə alqoritmlərinin qurulması;

BİLİKLƏR

• Riyazi, informatika və ya iqtisadi təhsil;
• Statistik təhlil üsulları biliyi;
• Dil bilikləri: əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
• Kompüter bilikləri: MS Office üzrə qabaqcıl istifadə;
• SQL , R Studio və Python proqramlarından istifadə.

TƏCRÜBƏ

• Müvafiq istiqamət üzrə 3 il iş təcrübəsi.
• “Data mining” və “data science” kimi istiqamətlər üzrə müvafiq təcrübə.
• BI alətlərindən istifadə təcrübəsi arzu olunandır.

BACARIQLAR

• Məsuliyyətlilik;
• Yüksək ünsiyyət və təqdimetmə bacarığı;
• Analitik düşüncə qabiliyyəti və işgüzarlıq;
• Təşəbbüskarlıq;
• Güclü riyazi biliklər (məsələn: statistika, ehtimal nəzəriyyəsi);
• Problem həll etmə bacarıqları;

Son müraciət tarixi: 15 avqust, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.