Сегодня добавлено 5 вакансий(ия) и 0 резюме

Mühasib-Xəzinədar
Yerli İdarəetməyə Yardım İctimai Birliyi Период: 2020-03-16 - 2020-04-16
Количество просмотров: 474 Вакансия № 1002645
Город: Баку

Vəzifə: Mühasib-Xəzinədar

İş yeri: Bakı

Son müraciət tarixi:    25.03.2020

Müqavilənin növü:      Əmək müqaviləsi

Müddəti:         16 ay

Ümumi məlumat

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökumətinin elan etdiyi iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.

YİY layihənin icrasını AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir.

Layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-Tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

  • BPL-in institusional və idarəetmə sisteminin yaradılması
  • Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq
  • BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək
  • BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək
  • Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək
  • BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir.

Layihə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini BPL ilə paylaşacaq.

İşin təsviri

Mühasib-Xəzinədar - bank, kassa, əmək haqqı və digər sənədlərin 1C proqramına daxil edilməsi, mühasibatlıqda ilkin sənədlərin gedişatını aparmaq, e-qaimə faktura, elektron vergi hesab fakturalarının tərtib olunması və göndərilməsi, bank əməliyyatlarının aparılması, bank, kassa, gəlir, xərc, əmək haqqı sənədlərinin proqrama daxil edilməsi ibarət olacaqdır.

Vəzifə və öhdəliklər

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili, vergi və mühasibat uçotunun aparılması;
  • Təşkilatın aylıq, illik maliyyə və mühasibatlıq sənədlərini hazırlayır və onların qeydiyyatının aparılması;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması və dövlət orqanlarına zamanında hesabatların hazırlanıb təqdim edilməsi;
  • Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatların aparılması;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Elektron qaimələr və ödəniş qəbzləri üzrə əməliyyatların aparılması;
  • Hesablaşmalar üzrə əməliyyatların aparılması;
  • Kassaya aid bütün əməliyyatların icra edilmləsi;
  • Kassaya mədaxil və məxaricə birbaşa nəzarət edir və məsuliyyət daşıyır;
  • Digər maliyyə və mühasibatlıq işlərinin həyata keçirilməsini təmin edir.

Tələb olunan təhsil və təcrübə

  • Ali iqtisadi təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olanlara üstünlük verilir);
  • Mühasibatlıq sahəsində minimum 3 il, xəzinadar kimi ən az 2 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • 1C (8.3), MS Office proqramları, xüsusən Exceli mükəmməl bilməli;
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • İşgüzar səviyyədə ingilis və rus dilini bilən namizədlərə üstünlük veriləcək.

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Mühasib-Xəzinədar) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.