Hazırkı Məxfilik Siyasəti https://position.az – İnternet resursunun (bundan sonra – Sayt) İstifadəçilərinin şəxsi məlumatlarının alınması, toplanması, saxlanması, emalı, istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir. Şəxsi məlumatlar bazası üzərində sərəncam verən – “İnternational Consulting Company” MMC-dir (bundan sonra Şirkət). Elan / Rezüme dərc edilməsi üçün formanı dolduran zaman və ya Saytda İstifadəçinin qeydiyyatı zamanı, və ya göndərmələrə abunə yazılma zamanı, həmçinin də Saytdan istifadənin başqa hallarında, İstifadəçi Şirkətə şəxsi və digər məlumatları təqdim edir. Məlumatın toplanması həmçinin Sayt İstifadəçiləri arasında sorğularının keçirilməsi yolu ilə həyata keçirilə bilər. Sorğular yalnız İstifadəçilərin icazəsi ilə həyata keçirilir. İstifadəçi Saytda özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın təqdim edilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, həmçinin bununla şəxsi məlumatların və informasiyanın Şirkət tərəfindən emal edilməsinə öz razılığını bildirir. Şəxsi məlumatların emalının məqsədləri, o cümlədən, aşağıdakılardır: Saytın, onun funksionallıqlarının yaxşılaşdırılması üçün statistik və analitik məlumatların alınması, göstərilən xidmətlərin spektrinin genişləndirilməsi; Saytda informasiya və ya reklam xəbərlərinin təqdim edilməsi (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında bildirişlər); İstifadəçilərə üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətləri barədə xəbərdarlıq; Sayt İstifadəçilər haqqında aşağıdakı informasiyanı toplayır:
İstifadəçinin adı (Soyadı, Ata adı), elektron poçt ünvanı və parolu, telefon nömrəsi, doğum tarixi, ünvanı v.s. Sayta giriş zamanı, proqram təminatı tərəfindən avtomatik toplanan texniki informasiya. Sayt irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini baxış, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlıq, cinsii həyaa aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və emal etmir. Sayt aidiyyəti olmayan üçüncü şəxslərə İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları, İstifadəçinin belə icazəni verdiyi halllar istisna olmaqla, həmçinin də İstifadəçi razılaşması ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda, vermir. Sayt bəzi hallarda bəzi məlumatları onunla əməkdaşlıq edən şəxslərə verə bilər.
Şirkət Saytdan istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş informasiyanı və şəxsi məlumatları satmır və icarəyə vermir. Sayt İstifadəçisi digər İstifadəçi tərəfindən verilmiş məlumatlardan, həmin İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür. Saytdan istifadə ilə əlaqədar başqa İstifadəçilər haqqında İstifadəçi tərəfindən alınmış bütün məlumatlar yalnız NV barəsində sazişlərin icrasında istifadə edilə bilər. İstifadəçiyə birbaşa reklam göndərmələri və ya arzu edilməyən elektron xəbərlərin digər göndərmələri məqsədləri üçün elektron ünvandan istifadə etməyə icazə verilmir. İstifadəçi Saytdan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla redaktə etmək imkanına malikdir. İstifadəçi təqdim etdiyi məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
Əgər İstifadəçi girişi, qeydiyyatı həyata keçirmişsə və OpenID xidmətinin köməyi ilə Saytdan istifadə edirsə, İstifadəçi onun məlumatlarının ötürülməsi və onlardan istifadə qaydasını belə xidmətin parametrlərində qura bilər. Sayt İstifadəçinin şəxsi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli tədbirləri görür. Sayt tərəfindən toplanmış və emal edilmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan korporativ şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır. Şirkətin İstifadəçilərin şəxsi və başqa informasiyasına giriş icazəsi olan bütün əməkdaşları üçüncü şəxslərə İstifadəçilər haqqında informasiyanın yayılmaması haqqında razılaşma imzalamışlar.
Cookies və oxşar texnologiyalar
Sayt informasiyanın saxlanılması üçün cookies fayllarından və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur. Sayt tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Saytdan istifadəni davam edərək, İstifadəçi cookies fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir. Sayt cookies-dən və oxşar texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa oxşar texnologiyalardan istifadə edir. İstifadəçi belə cookies və oxşar texnologiyaları bloklamaqda, silməkdə və ya kəsməkdə, əgər İstifadəçinin qurğusu buna icazə verirsə, haqlıdır. Cookies – kompüter terminologiyasında Saytdan alınmış mətn və ya ikili məlumatlar şəklində informasiyanın təsviri üçün istifadə edilən anlayışdır ki, İstifadəçidə (yəni brauzerdə) saxlanılır, sonra isə, əgər Saytın İstifadəçisinin təkrar ziyarəti zamanı, Sayta yollanır. Beləliklə, Sayt ziyarət vaxtı İstifadəçinin brauzerini qeyd edir. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Saytdan istifadəni yüngülləşdirir. Cookies falları özündə şəxsi məlumatları saxlamır. Oxşar texnologiyalar – lokal ümumi obyektləri və ya lokal anbarı və proqram veb-əlavələrinin başqa metodları istifadə edən, brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies" "HTML 5 cookies" kimi, texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər. Cookies-ə və oxşar texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Şirkət bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Şirkət zəmanət verir ki, yalnız Şirkəta və/və ya Sayt xidmətlərinin səlahiyyətli təchizatçıları cookies məlumatlarına girişə malikdirlər. Saytın yuxarıda göstərilmiş texnologiyalardan istifadə vasitəsilə toplayıb və saxladığı istənilən informasiyadan İstifadəçinin icazəsi ilə istifadə olunur. İstifadəçi brauzerin və ya qurğunun parametrlərində cookies-i idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində "Cookies-i saxlamamaq" bəndini seçmək, həmçinin "Cookies-i təmizləmək" düyməsini klik etmək lazımdır. Sistemdə olan texniki xarakterli informasiya, məsələn, İP-ünvanlar, Sayt tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə olunur.
Məxfilik Siyasətinə dəyişikliklərin edilməsi
Şirkət Məxfilik Siyasətinə dəyişikliklər və əlavələr edə bilər. Əgər İstifadəçi edilmiş əlavə və dəyişikliklərlə razı deyilsə, o Saytdan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Saytdan istifadə etməyə davam edirsə, o dəyişikliklərlə razılaşır və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.