Bugün 7 vakansiya və 3 CV əlavə edilmişdir

Layihələr üzrə menecer
Aztelekom Müddət: 2020-10-27 - 2020-11-26
Baxış sayı: 874 Vakansiya № 1000176
Şəhər: Bakı

Şöbə: Layihələrin idarə edilməsi;

Sektor: Layihələrə nəzarət.

Əsas vəzifə və öhdəlikləri:

- Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya edir;

- Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunduğunu təmin edin;

- Bütün maraqlı tərəfləri cəlb etməklə və texniki imkanları təmin etməklə layihənin əhatə dairəsi və hədəflərinin müəyyənləşdirilməsində kömək edir;

- Resursların mövcudluğunu və bölüşdürülməsini təmin edir;

- Hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlayır;

- Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə edir;

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

- Ali  Təhsil;

- Layihələrin idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi;

- Riskərin idarəetməsi əsaslərını bilməlidir;

- Azərbaycan və ingilis dillərini mükəmməl bilməlidır;

- Layihə metodlarını mükəmməl bilməlidir;

- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri mükəmməl bilməlidir;

- İdarəetmə, planlama, standartlar, texniki tələblər, layihələrin və prosesslərin idarəetməsi sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;

- Word, excel, Outlook və MS Project programlarını mükəmməl bilməlidir;

- İnkişaf olunmuş liderlik yetkinlikləri, təqdimat və təşkilatçılıq bacarıqlarına malik olmalıdır;

- Layihələrin idarəedilmə sahəsində sertifikatın olması tələb olunur (PMP, PMİ-ACP və s.).

ƏMƏK GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Layihələr üzrə menecer) qeyd edin: E-ünvan: ayaz.abdulla@aztelekom.az