Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinin aparıcı hüquqşünası
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-11-14 - 2020-12-13
Baxış sayı: 838 Vakansiya № 1000320
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Hüquq departamentinin Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinə aparıcı hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Bütün növ bank əməliyatları ilə bağlı müvafiq struktur bölmələrə hüquqi dəstək göstərmək;
  • Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
  • Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələrin və digər müxtəlif növ müqavilələrin, sazişlərin və sair oxşar sənədlərin layihələrini hazırlamaq;
  • Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı
  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Hüquq sahəsində potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Bizim üçün ideal namizəd:

  • Hüquq üzrə ali təhsilli;
  • Maliyyə sektorunda hüquqşünas olaraq minimum 2 il iş təcrübəsi olan;
  • Rus dilini əla, ingilis dilini yaxşı səviyyədə bilən;
  • Ofis proqramlarında sərbəst işləməyi bacaran şəxsdir.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinin aparıcı hüquqşünası")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az