Hüquqşünas köməkçisi
General Supply LLC Müddət: 2020-12-16 - 2021-01-15
Baxış sayı: 620 Vakansiya № 1000415
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq.
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində    cavabların hazırlanması işinə nəzarətin edilməsi.
  • Təşkilatın maraqlarının məhkəmələrdə, hökumət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması.
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək.
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədə qarşı tələblər:

  • Ali hüquqi təhsil
  • Əla səviyyədə Azərbaycan dili və İngilis dili biliyi.
  • Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər.
  • Korporativ Hüquq sahəsində 1 ilə qədər iş təcrübəsi.
  • Analitik düşüncə.
  • Problem həll etmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 -18:00
  • Tibbi sığorta
  • Korporativ nömrə
  • Əməkhaqqı: 350 AZN (başlanğıc)

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi cv@gsupplyllc.com elektron ünvanına göndərməyiniz xahiş olunur.