Bugün 7 vakansiya və 3 CV əlavə edilmişdir

Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis
Paşa Bank Müddət: 2020-11-13 - 2020-12-12
Baxış sayı: 735 Vakansiya № 1000429
Şəhər: Bakı

Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

Vəzifənin məqsədi

Təşkilati və əməliyyat risklərinin aşkarlanması, qiymətləndirilməsi, ölçülməsi və qərarların qəbul edilməsinə cavabdehlik. Təşkilati və əməliyyat riskləri çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.

Vəzifə öhdəlikləri

• Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
• Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş)
• Əməliyyat risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
• Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə rəy verilməsi
• Adekvat risk idarəetməsinin təmin edilməsi üçün sığorta proqramının təmin edilməsi və ona nəzarət
• Bankdaxili səlahiyyətlərin nəzarəti
• Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/ Risk mədəniyyətinin inkişaf etdirilməsi
• Bank üzrə əməliyyat itkiləri bazasının toplanması, ssenari modelləşdirməsi və stress testlərin keçirilməsi
• Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin yazılması, dövri nəzərdən keçirilməsi və yenilənməsi
• Əməliyyat riski iştahasının və hədlərinin müəyyənləşdirilməsi və monitorinqi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
• Bankda dələduzluq hərəkətlərinin aşkarlanması
• Dövri hesabatlığın hazırlanması

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Maliyyənin modelləşdirilməsi, CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis / Vakansiya № 1000429” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.