Əczaçı
AzeriMed LLC Müddət: 2021-01-05 - 2021-02-04
Baxış sayı: 876 Vakansiya № 1000557
Şəhər: Bakı

Şirkət: AzəriMed“ QSC

Vakansiya: Əczaçı

Vəzifə öhdəlikləri:

• Müştərilərə məhsulun seçimində köməklik göstərilməsi
• Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
• Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
• Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
• Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi
• Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi

Tələblər:

• Tibb təhsili (Ali və ya orta ixtisas);
• Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (Tələbələrə təcrübə imkanları yaradılır)
• Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
• Ms Office proqramlarını bilməsi arzu olunandır;

Şəxsi keyfiyyətlər:

• Yüksək səviyyədə kommunikasiya bacarığı;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

• İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi)
• Əmək haqqı: 300-350 AZN, əlavə olaraq satışdan bonus.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Əczaçı” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərməyiniz xahiş olunur.


Bu şirkətin digər vakansiyaları