Satış üzrə mütəxəssis
General Supply LLC Müddət: 2020-12-30 - 2021-01-29
Baxış sayı: 843 Vakansiya № 1000600
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

  • Yeni  müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı 
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq Satış sənədlərinin hazırlanması
  • Satış və marketinq prosesinin planlaşdırılması və təşkil edilməsi
  • İllik satış və satınalma planının hazırlanması
  • Müştəridən daxil olan sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
  • Satın alınacaq məhsulların qiymətlərinin formalaşdırılması
  • Fəaliyyət sahəsinə uyğun müqavilə danışıqlarının aparılması, təşkili və həmin danışıqlarda iştirak; ehtiyac olduğu halda müqavilələr üçün əlavələrin planlaşdırılması
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya, istiqamətləri üzrə)
  • Əl alətləri, fərdi mühafizə vasitələrinin və ya bənzər məhsulların satışı sahəsində  1-2 illik iş stajı
  • Azərbaycan, Rus və ya İngilis dillərini bilmək;
  • MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti
  • Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar
  • Təqdimat edə bilmə və inandırmaq bacarığı

Təminatlar:

  • Korporativ nömrə
  • Tibbi siğorta
  • Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi cv@gsupplyllc.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.


Bu şirkətin digər vakansiyaları