Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

İdarə Heyəti Sədrinin aparatına mütəxəssis /aparıcı mütəxəssis
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-10-23 - 2020-11-22
Baxış sayı: 975 Vakansiya № 1000684
Şəhər: Bakı

“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyəti sədrinin aparatına Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
  • Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.                

Bizim üçün ideal namizəd:

  • Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilli;
  • Azərbaycan dilində  yüksək səviyyədə yazma qabiliyyətinə malik;
  • Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləyə bilən;
  • Minimum 1 il iş təcrübəsi olan;
  • Konfidensial məlumatlar və stress altında işləməyi bacaran şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinə mütəxəssis və ya “Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinə aparıcı mütəxəssis”göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az