Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

ERP və Analitika üzrə mütəxəssis
Avrora Müddət: 2020-10-31 - 2020-11-30
Baxış sayı: 603 Vakansiya № 1001434
Şəhər: Bakı

Elan : “ERP və Analitika üzrə Mütəxəssis

İşin qısa təsviri :

Sizin əsas vəzifə öhdəlikləriniz :

- ERP proqramlarda işləmə, yazılım və dəstək işlərinin görülməsi;
- Şirkətin iş prinsipinin və baş verən proseslərin analiz edilməsi;
- Proqram təminatlarında optimallaşdırma işlərinin aparılması və onlara müntəzəm texniki dəstəyin verilməsi;
- Yeni yaradılmış proqramların ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

- ERP proqramlarının əsas modullarının funksiya və imkanları üzrə məntiqi biliklərin olması;
- Güclü analitik təhlil qabiliyyətinə,araşdırma bacarığına və riyazi düşüncəyə malik olması;
- Komanda ilə işləmək bacarığı;
- Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək;
- MS SQL Database təcrübi və ya nəzəri biliklərə malik olması.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Maliyyə, Mühasibatlıq və ya Riyaziyyat sahəsi üzrə;
• İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
• Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
• Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı ş., Ələsgər Qayıbov küçəsi, 10Q, STN Biznes Mərkəzi
• Nahar və korporativ danışıq xərcləri şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ERP və Analitika üzrə Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Bu şirkətin digər vakansiyaları