Android Developer
Expressbank Müddət: 2021-01-08 - 2021-02-07
Baxış sayı: 314 Vakansiya № 1001523
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Android platformasında mobil tətbiqetmələrin dizaynı və qurulması;
• Xidmət və sistemlərin mobil tətbiqetmələrə inteqrasiyası;
• Tətbiqlərin keyfiyyətini və işləməsini təmin etmək, mobil tətbiqetmələrin monitorinqi, tətbiq səhvlərini düzəltmək və digər texniki problemlərin həlli;
• Potensial problemlərin müəyyənləşdirilməsi və tətbiq problemlərinin həlli;
• Davamlı olaraq tətbiq yenilənməsinin hazırlanması

Tələblər:

• Kompüter elmləri və İnformasiya texnologiyaları üzrə müvafiq ali təhsili olan;
• Biznes proseslərin proqramlaşdırılması sahəsində 3 ilədək iş təcrübəsi olan;
• Android SDK, Android Studio və Proguard üzrə, Google servisləri (Location, Map, GCM və s) təcrübəsi olan;
• REST və JSON, third party library həmçinin API ilə işləmə bacarığı olan;
• Kotlin, Java, Dart dillərindən hər hansı birini bilməsi arzuolunandır;
• MVP, MVVM üzrə biliklər, Core java və Multithreading, Profiling, IO, Collection-lər üzrə güclü biliklər;
• Google UI toolkit Flutter, React Native və ya hər hansı JS framework üzrə biliklərin olması arzuolunandır;
• Play store-da ən azı bir tətbiqi olmalı
• Analitik düşünə bilən, ünsiyyət qurmaq və komanda yönümlü;
• Əməkdaşlıq şəraitində işləmə bacarığı.

Əlavə məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Android developer yazaraq cv@expressbank.az ünvanına göndərilməsi xahiş olunur.