Bugün 7 vakansiya və 3 CV əlavə edilmişdir

Komplayns risklərinin idarə edilməsi şöbəsinin aparıcı / baş mütəxəssisi
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-11-11 - 2020-12-10
Baxış sayı: 611 Vakansiya № 1001648
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Maliyyə monitorinqi və komplayns departamentinin komplayns risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!

Görəcəyiniz işlər:

  • Mövcud qanunvericiliyin, AR Mərkəzi Bankı və AR Maliyyə Monitorinqi Xidmətinin, habelə FATCA-CRS tələblərinin yerinə yetirilməsinə nəzarət və monitorinq;
  • Komplayns riskləri ilə bağlı halların aşkarlanması, onların yaranma ehtimalının müəyyən edilməsi, mümkün risklərin qiymətləndirilməsi.
  • Bankda komplayns riskinin səviyyəsinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksinin əlaqələndirilməsi və hazırlanmasında iştirak;
  • Bankın daxili sənədlərində nəzərdə tutulan komplayns riskinin idarə edilməsi ilə əlaqəli hüquqi bazada (qanunlar, digər normativ aktlar, fəaliyyət standartları və s.) dəyişikliklərin monitorinqi;
  • Yeni və ya modifikasiya olunmuş bank məhsullarına və xidmətlərinə, habelə onların həyata keçirilməsi üsullarına dair komplayns riskləri baxımından rəylərin verilməsi;
  • Bankın rəhbərliyinə təqdim olunmalı müvafiq hesabatların hazırlanması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan; (hüquqi təhsili olanlara üstünlük veriləcək)
  • Banklarda hüquq, daxili nəzarət, audit, habelə idarəetmə strukturlarında minimum 2 - 4 il iş təcrübəsi olan;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • Azərbaycan və inqilis dillərini yüksək, rus dilini orta səviyyədə bilən;
  • Problemləri həlletmə bacarığı olan;
  • Analitik təhlil bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Komplayns risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az