Satınalma əməliyyatları şöbəsinin aparıcı / baş mütəxəssisi
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2021-01-07 - 2021-02-06
Baxış sayı: 986 Vakansiya № 1001695
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Satınalma əməliyyatları şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Satınalmanın  həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirilməsi;
  • Tender  və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; 
  • Aparılan əməliyyatların reyestrinin aparılması;
  • Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin  həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
  • Satınalma sahəsində ən az 4 il iş təcrübəsinə sahib;
  • MS office proqramlarını əla səviyyədə bilən;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • ERP(1C, SAP və ya digər)  proqramlarında təcrübəyə malik olan; (AUTOCAD proqramında işləmək bacarığı üstünlükdür ) ;
  • Problemləri həll etmə bacarığına malik;
  • Layihələrin idarə olunması bacarığına sahib olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalmalar departamentinə aparıcı/ baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az