Müştəri dəstəyi üzrə mütəxəssis
ATL Tech Müddət: 2021-01-14 - 2021-02-13
Baxış sayı: 1076 Vakansiya № 1001915
Şəhər: Bakı

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Komandamız hal-hazırda "Layihələrin idarəolunması və Biznesin İnkişafı” Departamentinə, "Müştəri Dəstəyi üzrə Mütəxəssis" axtarışındadır.

Vəzifə öhdəlikləri:

• Sorğuları qəbul etmək;
• Sorğuların sistemdə qeydiyyatını aparmaq;
• Sorğuları filtrləmək;
• Nəzarət baxışlarını həyata keçirmək;
• Tələb olunduqda hesabatları hazırlamaq.

Tələblər:

• Detallara diqqətcil olmaq;
• Texniki biliklərə sahib olmaq;
• Konflikt həll etmə və qərar qəbul etmək;
• Kreativlik;
• Effektiv ünsiyyət bacarıqları;
• Cəld düşünmək və fiziki, emosional siqnalları oxumaq.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə https://jobs.talhunt.az/atl/432-m%c3%bc%c5%9ft%c9%99ri+d%c9%99st%c9%99yi+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis elektron ünvanına mövzu hissəsində “Müştəri dəstəyi üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.