Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Çağrı mərkəzi operatoru
166 Yükdaşıma və Logistika Müddət: 2020-10-26 - 2020-11-25
Baxış sayı: 2243 Vakansiya № 1002182
Şəhər: Bakı

İş barədə məlumat

- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi
- İş qrafiki – növbəli

Namizədə tələblər

- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- İş təcrübəsi 1-2 il
- Ərazi bilikləri (Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın rayonları üzrə)
- Ms Office üzrə bilikləri olmalı
- Öyrənməyə meylli və yeniliyə açıq olmalıdır
- Rus dili üstünlükdür

Vakansiyaya müraciət üçün, CV formanızı cv@166.az elektron poçtuna “Çağrı mərkəzi operatoru” mövzusu ilə göndərməyiniz xahiş olunur.