Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Qrafik dizayner
AzInTelecom MMC Müddət: 2020-11-07 - 2020-12-06
Baxış sayı: 1611 Vakansiya № 1002275
Şəhər: Bakı

“AzInTelecom” MMC Qrafik dizayner vakansiyasını elan edir.

Şirkət haqqında: Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001  və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

Şöbə: Kommersiya/Korporativ kommunikasiyalar/ Marketinq kommunikasiyaları sektoru

Vəzifə öhdəlikləri:

  • Xarici və daxili kommunikasiyalar üçün qrafik dəstəklərin hazırlanması
  • Şirkətdaxili və şirkətdən kənar təqdimatların hazırlanması
  • Korporativ üslubun daima yeniləməsi və genişləndirilməsi
  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil
  • Əsas dizayn proqramları üzrə biliklər (CorelDraw, Adobe Illustrator, Adobe Photoshop)
  • MS Power Point programı ilə işləmək bacarığı
  • Əlavə proqram bilikləri (3d Max, Adobe InDesign, Adobe XD, Adobe AfterEffect arzu olunandır.)
  • Kreativ düşüncə
  • Stressə davamlı olmalı

Xüsusi tələb: Portfolio

Dil bilikləri: Azərbaycan və ya rus dillərini mükəmməl bilməli (ingilis dilini bilənlərə üstünlük verilir.)

İş təcrübəsi: Qrafik dizayn işləri ilə əlaqədar ən azı 6 ay iş təcrübəsi (1 il və ya daha çox müddətə üstünlük verilir)

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

Əmək haqqı: 800 AZN

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.