Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Texniki Dəstək şöbəsinin kiçik mütəxəssisi
Yelo Bank Müddət: 2020-08-07 - 2020-09-06
Baxış sayı: 798 Vakansiya № 1003507
Şəhər: Bakı

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT departamenti Texniki Dəstək şöbəsi / Kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “İT - Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:

• Kompüterin ilkin montajı və quraşdırılması;
• Avadanlıqların yerlərdə quraşdırılması (PC, MFP, şəbəkə avadanlığı və s.);
• İT sahəsində quraşdırma işləri (LAN çəkilməsi, kabellərin quraşdırılması);
• İstifadəçilərin İT üzrə dəstəyi, proqram təminatlarının tənzimlənməsi;
• Kompüterlər, şəbəkə və ofis avadanlığı ilə ortaya çıxan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
• Məsafədən işləmə ilə bağlı istifadəçi işinin mümkünlüyünü təmin etmək və dəstəkləmək (VPN vasitəsilə);
• MS Windows məhsulları üzrə bilik (7/8/10 / Server);
• Əsas şəbəkə texnologiyaları / protokolları ilə bağlı bilik (DHCP; AD; DNS; TCP / IP);
• İstifadəçilərlə öz dillərində ünsiyyət qurma bacarığı;
• Proqram təminatının yoxlanılması, quraşdırılması və yerləşdirilməsi üzərində iş aparmaq;
• Texniki sənədlər, istifadəçilər / texniki dəstək xidmətləri üçün təlimatlar yazılmasında istifadə.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

• Ali təhsil;
• 3 ilə qədər iş təcrübəsi;
• İnformasiya sistemlərinin texniki dəstəyinin idarə edilməsi və texniki xidmət üzrə mütəxəssis kimi iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışmaq bacarığı;
• Rus və ingilis dili bilikləri arzuolunandır;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
• Komandada işləmək bacarığı və stressə dözümlülük.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.