Bugün 2 vakansiya və 0 CV əlavə edilmişdir

Xarici satınalmalar üzrə təchizatçı
İnci Group of Companies Müddət: 2020-11-08 - 2020-12-07
Baxış sayı: 1332 Vakansiya № 1003549
Şəhər: Bakı

Şirkət haqqında :  1995-cü ildə təsis olunan   “İnci Group of Companies” MMC satış və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə bir neçə şirkət fəaliyyət göstərir.

Vəzifənin adı : Xarici satınalmalar üzrə təchizatçı

Namizədə dair tələblər:

- Ali təhsili;

- Kompüter biliyi: MS Office (Word, Excel)

- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları

- İngilis dilini mükəmməl bilməli ;

- Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;

- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti

- 23-30 yaş aralığı ;

Üstünlük verilir:

• SAP ERP sahəsində təcrübə

• Rus dili biliyi

• Xanım namizədlərin müraciəti

• /Biznes etik prinsiplərinə riayət

İş barədə məlumat:

- Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması)

- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması

- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi

- Təchizat işiylə bağlı digər yardımçı işlər.

- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların   təqdim edilməsi

- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müraciət etmək istəyənlər  CV formanızı -  vusala.racabova@inci.com   emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.