Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Əməliyyatçı
Baku Electronics LTD Müddət: 2020-09-10 - 2020-10-10
Baxış sayı: 1350 Vakansiya № 1003760
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

- Nisyə satış üçün tələb olunan sənədlərin qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;

- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına düzgün daxil edilməsini yoxlamaq;

- Aşkar olunmuş səhvlər barədə müvafiq əməkdaşları məlumatlandırmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

- Nisyə satış müqavilələrinin daxili qaydalara uyğun rəsmiləşdirilməsini yoxlamaq; 

- Nisyə satış üzrə əməlyyatların uçotunun düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə

- Daxili qaydalara uyğun olaraq əməliyyat şöbəsinə həvalə olunmuş tapşırıqları yerinə yetirmək;

Tələblər:

- Ali təhsil

- 18-25 yaş arası

- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;

- Ünsiyyətcil, təşəbbüskar;

- Komandada işləmək bacarığı;

- Riyazi hesablama aparmaq qabiliyyəti;

Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.

"Mövzu" bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.