Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Arxiv işləri üzrə köməkçi
FINCA Azerbaijan LLC Müddət: 2020-09-17 - 2020-10-17
Baxış sayı: 2176 Vakansiya № 1003804
Şəhər: Bakı

FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Bakı şəhərində yerləşən ofisi üçün ARXİV İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəlikləri:

“FINCA Azerbaijan” arxivinə və arxiv istifadəçilərinə birbaşa, ilkin xidmət göstərmək. Bundan başqa, arxiv daxilində müxtəlif köməkçi funksiyaları yerinə yetirməklə, əlaqədar xidmətlərə yardımçı olmaq.

Tələblər:

• Ali və ya orta ixtisas təhsil;
• MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və çapetmə bacarığı;
• İşgüzarlıq və aktivlik;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Əla ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İş təcrübəsi mütləq deyildir;
• Yalnız kişi namizədlər.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində ARXİV IŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.


Bu şirkətin digər vakansiyaları