Database administrator
AzInTelecom MMC Müddət: 2021-01-12 - 2021-02-11
Baxış sayı: 846 Vakansiya № 1003820
Şəhər: Bakı

“AzInTelecom” MMC Database administrator vakansiyasını elan edir.

Şirkət haqqında:Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətlri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və  ISO 20000, ISO 22301, ISO 27001  və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.  

Şöbə: Texnologiyalar departamenti/ Proqram təminatının inkişafı şöbəsi

Şəhər: Bakı

Tələb olunan bilik və bacarıqlar:

  • Postgresql, MySql, Mongodb verilənlər bazaları üzrə biliklər;
  • Məlumat bazalarının klasterizasiyası, replikasiyası və dizayn qurulması;
  • SQL və NoSQL sorğuların yazılması və analizi;
  • Məlumat bazalarının ehtiyat nüsxələrinin alınması və bu nüsxələrdə geri qaytarılması;
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma;
  • Bazar tələbatlarına və trendlərə uyğunluq;
  • Komanda işi və əməkdaşlıq;
  • Texniki/peşəkar biliklər və bacarıqlar;
  • Təhlil əsasında qərar vermə

Təhsili:

  • Ali təhsil 

Dil bilikləri: 

  • Azərbaycan dili, rus və ingilis dilini bilənlərə üstünlük verilir

İş təcrübəsi: 

  •  2-3 il 

Xüsusi tələblər:

  • Oracle, Redis, və Elasticsearch üzrə biliklər arzu olunandır.

İş qrafiki: 

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.