Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

İT mütəxəssis
SmartOn Müddət: 2020-10-22 - 2020-11-22
Baxış sayı: 376 Vakansiya № 1004069
Şəhər: Bakı

Vəzifə öhdəlikləri

- Kompüterlərin saz vəziyyətdə işləməsinə nəzarət etmək, uçotunu aparmaq, alınması və silinməsi üçün təkliflərlə çıxış etmək

- Kompüterlərə nəzarət və qarşıya çıxan problemlərin həlli;

- İT avadanlıqlarının quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;

- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;

- Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq;

- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;

- Aktual məlumatın rezerv surətini yaratmaq;

- Şirkətdə printer, kamera və telefonların daimi işlək olmasını nəzarətdə saxlamaq;

Namizədə qarşı tələblər  

- Ali təhsil

- Qeyd olunan sahədə ən azı  3 (üç) il iş təcrübəsi;

- Yaş həddi 25-40

- Dil bilikləri: Azərbaycan (xarici dilləri bilmək üstünlükdür)

- Windows əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklərə sahib olmalı;

- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;

- Yaxşı ünsiyyət, hadisələrə çevik reaksiya vermək və komanda ilə işləmək bacarığı;

- İş qrafiki 5/7

- Əmək haqqı 1200-1500 AZN

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

 

Şirkət haqqında

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

•Topdan və pərakəndə satış

•Korporativ satış

•SmartOn.az onlayn mağaza üzərindən satış

•Rəsmi və avtorizə olunmuş servis mərkəzləri