Bugün 7 vakansiya və 3 CV əlavə edilmişdir

İşə qəbul üzrə mütəxəssis
Mustafa Tayat Müddət: 2020-10-22 - 2020-11-22
Baxış sayı: 860 Vakansiya № 1004073
Şəhər: Bakı

İş barədə məlumat:

Mustafa Tayat mağazalar şəbəkəsinin Bakıxanovda yerləşən ofisinə İşə qəbul üzrə mütəxəssis tələb olunur.

- İş elanlarının yerləşdirilməsi, müxtəlif platformalarda işçi axtarışı
- Namizədlərin müəyyənləşdirilməsi;
- İlkin müsahibələri keçirmək;
- Telefon danışıqlarını aparmaq;
- Zəruri hesabatların hazırlanması: namizədlərin məlumat bazası, kadrların qeydləri;
- Kadr ehtiyatlarının hazırlanması;
- Şirkət əməkdaşlarının uyğunlaşdırılmasında iştirak etmək.

Tələblər:

- İnsan resursları, psixologiya üzrə bakalavr dərəcəsi
- Müvafiq sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi
- Kompüter bilikləri (Word, Excel)
- Analitik düşünmə
- Stressə dözümlülük
- Xanım namizədlərə üstünlük veriləcək

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) karyera@mustafatayat.az elektron ünvanına göndərə bilərlər.