Bugün 7 vakansiya və 3 CV əlavə edilmişdir

Baş şəbəkə inzibatçısı
AzərTürkBank Müddət: 2020-10-22 - 2020-11-22
Baxış sayı: 276 Vakansiya № 1004076
Şəhər: Bakı

İnformasiya Texnologiyaları departamentinin İnformasiya Sistemlərinin idarə olunması şöbəsində Baş şəbəkə inzibatçısı

Namizədə olan tələblər

  • Ali təhsil
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • CCNA, CCNP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır)
  • Cisco, Palo Alto, Chek Point şəbəkə avadanlıqları ilə iş təcrübəsi
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı
  • Qısa müddət ərzində problemi aşkarlamaq və aradan qaldırmaq qabiliyyəti
  • İri miqyaslı infrastruktur dəyişikliklərində iş təcrübəsi

Vəzifə öhdəlikləri

  • Bankın Baş ofis və filiallarında informasiya mübadiləsinin təkmilləşdirilməsi məqsədilə lokal və qlobal şəbəkələr yaratmaq
  • Lokal və Qlobal şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılmasını həyata keçirmək
  • Banka xidmət göstərən kənar şirkətlərin VPN vasitəsilə şəbəkə xidmətini təmin edib onlara nəzarət etmək
  • Lokal və Qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
  • Şəbəkədə yeni modifikasiya və müvafiq avadanlıqların yeni versiyalarını tətbiq etmək
  • Bankın struktur planına uyğun monitorinq və nəzarət proqramlarının quraşdırılmasını təmin etmək
  • Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq

CV-lərinzi vakansiyanın adını qeyd etməklə cv@atb.az elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.