Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Koordinator
Araz Supermarket Müddət: 2020-10-22 - 2020-11-22
Baxış sayı: 1054 Vakansiya № 1004077
Şəhər: Bakı

Araz Supermarketlər Şəbəkəsi Daşınmaz əmlak departamentinə Koordinator vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

- Daşınmaz əmklak departamenti daxilində olan şöbələrin fəaliyyət istiqamətini, layihələrin gedişatını (yeni filial layihələrinin idarə olunması) izləmək və məlumatları departament rəhbərinə təqdim etmək ;
- Layihələrin icra vəziyyəti və digər sorğu olunan tapşırıqlarla bağlı hesabatların və təqdimatların hazırlanması;
- Müxtəlif administrativ tapşırıqların icra edilməsi;
- Departament tərkibində olan strukturların rəhbərləri ilə müntəzəm əlaqə saxlamaq, verilən tapşırıqların icra vəziyyəti haqqında məlumatlar əldə etmək.

Tələblər:

- Ali təhsil (Tikinti, inşaat sahəsində arzuolunandır, lakin mütləq deyil);
- İdarəetmə və administrativ istiqamətdə ən azı 2 il iş təcrübəsi (inşaat şirkətlərində arzuolunandır);
- Yüksək ünsiyyət və təşkilati bacarıqlara malik olmalı
- MS office (əsasən Excel, Power Point, Word) proqram təminatında səriştəli istifadəçi olmalı
- Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
- Şəxsi avtomobilin olması arzuolunandır.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Koordinator” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.az və elcin.ekberov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.