Bugün 5 vakansiya və 2 CV əlavə edilmişdir

Sürücü
Enginet LLC Müddət: 2020-10-23 - 2020-11-23
Baxış sayı: 713 Vakansiya № 1004082
Şəhər: Bakı

Vəzifə: Sürücü (öz şəxsi yük maşını ilə)

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin mal-materialının öncədən təyin olunmuş yerə çatdırılması;
• Nəqliyyat vasitəsinə hər hansı bir malın yükləndiyi, daşındığı və boşaldıldığı vaxt mal-materialların təhlükəsizliyə nəzarət edib, zəruri ehtiyat tədbirlərinin həyata keçirilməsi;
• Avtomobilin texniki sazlığının müntəzəm olaraq və xəttə çıxmazdan əvvəl yoxlanılması;
• Vəzifə icrası ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə verilən tələblər:

• BC kateqoriyalı sürücülük vəsiqəsi;
• Orta və ya ali təhsil;
• Yaş həddi: 30-45 yaş;
• Sürücülük təcrübəsi: ən azı 2 il;
• Ford Transit markalı avtomobilinin və ya digər yükdaşıma nəqliyyat vasitəsinin olması;
• Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməli;
• İşində son dərəcə məsuliyyətli, diqqətli, intizamlı olmalı;
• Kollektivdə işləmə bacarığı;
• Şirkətin Region nümayəndəliklərinə ezamiyyətə getməyə açıq olmalı.

İş qrafiki: 09.00-17.00 (Bazar ertəsi-Cümə). 10.00-14.00 (Şənbə)

Əmək haqqı: vəzifə maaşı+nəqliyyata görə amortizasiya haqqı+benzin

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Sürücü” yazmaqla göndərə bilərsiniz.