Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Satış üzrə bölmə rəisi
Azersun Holding Müddət: 2020-10-24 - 2020-11-24
Baxış sayı: 607 Vakansiya № 1004084
Şəhər: Bakı

Ümumi məlumatlar

• Müvafiq sahələrdə ali təhsili olmalı;
• Satış sahəsində ən azı 5 illik iş təcrübəsi olmalı;
• Rus və İngilis dillərini orta səviyyədə bilməli;
• Excell biliyi yaxşı səviyyədə olmalı;
• Sürücülük vəsiqəsi (B kateqoriya) olmalıdır.

İş haqqında məlumat

• Un məmulatlarının satışının təşkil edilməsi;
• Yeni müştərilərin cəlb olunması, satışın artırılması;
• Satış nöqtələrində məhsulların satışına nəzarət edilməsi;
• Rəqib araşdırması, qiymət siyasətinin müəyyən edilməsi;
• Müştəri şikayətlərinin araşdırılması, həll yolunun tapılması;
• Satış büdcəsini hazırlanması;
• Satış nöqtələrində hazırlanan məhsulların keyfiyyətinə nəzarət edilməsi;
• Aylıq plana uyğun olaraq müştərilərin ziyarət edilməsi;
• Müştərilər üçün kampaniya, insert planı hazırlamaq.

İş şərtləri

İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı. Ziya Bünyadov prospekti 69B

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Satış üzrə bölmə rəisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.