Bugün 6 vakansiya və 2 CV əlavə edilmişdir

Müştəri xidmətləri üzrə mütəxəssis
Embawood Müddət: 2020-10-25 - 2020-11-25
Baxış sayı: 1321 Vakansiya № 1004085
Şəhər: Bakı

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Müştəri xidmətləri üzrə mütəxəssis (supervayzer)

İş qrafiki:

İş yeri: 5 günlük / 09:00 – 18:00
Bakı, Azərbaycan

İşin təsviri:

- Müştəri xidmətləri operatorlarının işinə nəzarət
- Müştəri təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək
- Qarşıya çıxmış problemləri operativ həll etmək
- Müştəri xidmətləri işinin təşkili
- Müştəri xidmətləri operatorlarına mütəmadi olaraq təlim keçmək
- Zəruri hallarda müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq
- Zənglərin daimi monitorinqi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər:

- Ali təhsil
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- Müştəri xidmətləri sahəsində ən azı 3 il iş təcrübəsi
- Müştəri xidmətləri əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
- Ünsiyyətçilik və səlis danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Analitik zəka və müştərilərlə yüksək səviyyədə işləmək bacarığı
- Heyətin idarəolunması, motivasiya qayda və normalarını bilməli

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Müştəri xidmətləri üzrə mütəxəssis (supervayzer)” qeyd edib bu ünvana göndərəsiniz: career@embawood.com