Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis
SR Group Co Müddət: 2020-10-27 - 2020-11-26
Baxış sayı: 446 Vakansiya № 1004093
Şəhər: Bakı

Şirkət: “SR Group” MMC

“SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.

Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.

Müştərilərimizə yüksək keyfiyyətli və tam xidmət təqdim etmək bizim cari hədəflərimizdən biridir. Bu hədəfimizə çatmaq üçün yeni yaradılan Əlaqə Mərkəzimizdə enerjili və öyrənmək istəyi olan Rəhbərlə işə başlamaq istəyirik.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@srgroupco.com e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini səlis, rus dilini yaxşı səviyyədə bilməli;
• 2 il xidmət və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalı(keyfiyyət üzrə təcrübənin olması üstünlükdür);
• MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formularla işləmək);
• Müştəri Xidmətlərində keyfiyyət standartları;
• Analiz, problemlərin həlli və qərarvermə;
• Müştəriyə fokuslanma;
• Keyfiyyətə fokuslanma;
• Dəqiqlik və təfsilatlara yönümlülük;
• İnkişafa yönümlülük.

Vəzifələr:

• Müvafiq meyarlar əsasında xidmət keyfiyyətinin dəyərləndirilməsi;
• Dəyərləndirilmiş müraciətlərin müvafiq şəxslərə təqdim edilməsi;
• Hər bir əməkdaş və qrup səviyyəsində xidmət keyfiyyətinin dəyərləndirilməsi;
• Xidmət keyfiyyət meyarlarının yenilənməsi, önəm dəyərinin dəyişdirilməsi, daimi olaraq günün tələblərinə cavab verməsinə nəzarət;
• Kritik və qeyri-kritik səhvlərin təyin olunması;
• Dəyərləndirmə formunun yenilənməsi;
• Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması.


Bu şirkətin digər vakansiyaları