Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

Logistika üzrə koordinator
ATEF Şirkətlər Qrupu Müddət: 2020-10-27 - 2020-11-27
Baxış sayı: 487 Vakansiya № 1004098
Şəhər: Bakı

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Logistika üzrə koordinator” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: 1000-1200 AZN

İş şəraiti

- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

- Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
- Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsini təmin ermək;
- Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək;
- Malların daşıyıcısını müəyyənləşdirək;
- Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
- Nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
- Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin Geopozisiyasını regionlara görə optimallaşdırmaq;
- Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
- Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
- Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
- Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
- Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
- Yeni daşıyıcı şirkətlər araşdırıb tapmaq;
- Tabeliyində olan işçilərə rəhbərlik etmək.

Tələblər:

- Ali iхtisas təhsili;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Kargüzarlıq qaydaları haqqında biliklər;
- Xarici dil bilikləri (yükək səviyyədə);
- Ünsiyyət qurma bacarığı;
- İNCOTERMS-2010 (beynəlxalq ticarət sövdələşməsi) qaydaları haqqında biliklər;
- MS Office proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL - yüksək səviyyədə);
- Coğrafi, riyazi və məntiqi biliklər.
- Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
- Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
- Logistik informasiya sistemləri və onların funksiyalarını bilməlidir;
- Logistika planlaşdırmasında proqnozlaşdırma prinsiplərini bilməlidir;
- Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
- Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
- Biznes planlarının, müqavilələrin, sazişlərin hazırlanması qaydasını bilməlidir;
- Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
- Əməyin mühafizəsi tələbləri və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Logistika üzrə koordinator” göstərin.

Son müraciət tarixi: 15.11.2020.


Bu kateqoriyada digər vakansiyalar