Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Kredit inzibatlaşdırılması departamentinin kiçik mütəxəssisi
Yelo Bank Müddət: 2020-10-27 - 2020-11-27
Baxış sayı: 726 Vakansiya № 1004100
Şəhər: Bakı

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kredit inzibatlaşdırılması departamentinin kiçik mütəxəssisi / mütəxəssisi” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Kredit inzibatçısı” qeyd etməklə öz CV-lərinizi hr@yelo.az ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:

• Kredit sövdələşmələrinin Bankın normativ sənədlərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
• Təminat üzrə sənədləşmənin düzgün, Bankın normativ sənədlərinə uyğun şəkildə hazırlanması. Təminatın rəsmiləşdirilməsi üzrə prosedurlarla bu vəzifə üçün nəzərdə tutulmuş əməliyyatlaırn icrası;
• Kredit dosyesinin tamlığının və düzgünlüyünün yoxlanılması;
• Sığorta şirkətləri ilə iş;
• Notarial kontorları və Bankın kredit prosedurlarına əsasən digər qurumlarla əməkdaşlıq;
• Kredit dosyesinin tələb olunan qaydada arxivləşdirilməsinin (elektron və kağız daşıyıcıda) təşkili;
• Müştərilərin öhdəlikləri üzrə arayışların / məktubların verilməsi;
• Kredit ödənişləri üzrə əməliyyatların icrası;
• Girovun azad olunması üzrə əməliyyatların icrası;
• Kreditlərin inzibatlaşdırılması işi ilə bağlı daxili normativ sənədlər, eləcə də qanunvericilik üzrə biliklərə malik olmaq;
• Şirkətin missiya və biznes fəlsəfəsinə agah olmaq;
• Komanda üzvü olmaq və xidmət keyfiyyətini artıma məqsədi ilə şöbənin əməkdaşlarına dəstək;
• Struktur bölmənin / Bankın xidmət keyfiyyətinin və bilik səviyyəsinin artırılması, qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə təşkil olunan tədbirlərdə iştirak;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi və müvafiq hesabatın verilməsi;
• Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası.

Tələblər:

• Müvafiq sahədə ali təhsil;
• 1 ildən çox müvafiq sahədə iş təcrübəsi;
• Xarici dil bilikləri - rus dili, inglis dili arzu olunandır;
• Microsoft Ofiice proqramları üzrə biliklər (Excel, Power point, Word);
• Düzgünlük və detallara diqqət;
• Analitik düşüncə;
• Məsuliyyətlilik və xidmət yönümlülük;
• Kritik düşüncə və stress altında işləmək bacarığı;
• Problem həll etmə bacarığı;
• Yüksək ünsiyyət qabiliyyəti;
• Vaxtın səmərəli planlaşdırılması və münaqişələrin idarə olunması bacarığı;
• Komandada işləmək bacarığı;
• Özünü inkişafa meyillilik və məqsədyönümlülük.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.