Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

Data / CRM analitik
Embawood Müddət: 2020-10-28 - 2020-11-27
Baxış sayı: 261 Vakansiya № 1004103
Şəhər: Bakı

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Data / CRM analitik

İş qrafiki : 5 günlük / 09:00 – 18:00
İş yeri: Bakı, Azərbaycan

İşin təsviri :

• Müştəri ehtiyacı dövrünün (customer journey) inkişafı və optimizasiyası üçün data analizi metodları tətbiq etmək;
• Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək
• Data analitika alətlərinin işdə tətbiqi
• Böyük həcmli məlumatların təhlili və işlənməsi;
• İstehlakçı davranışının təhlili və proqnozlaşdırılması, müştəri bazasının seqmentləşdirilməsi (klasterizasiya, təsnifat, modelləşdirmə, proqnozlaşdırma);
• Müştəri bazasının modelləşdirilməsi və məhsul tətbiqlərinin fərdiləşdirilməsi;
• Baza daxili proseslərinin effektivliyinin təhlili;
• Dövri proqnoz hesabatlarının tərtibi və məlumatların təqdimatı;
• Hər CRM-kampaniyasl üçün huninin qurulması – səmərəlilik hesabatı;
• Maşın öyrənmə (Machine Learning) modelləri qurmaqla biznes ölçümlərini inkişaf etdirmək üçün fərziyyələrin hazırlanması və sınaması;
• Məlumat bazasının statistik məlumatları ilə müntəzəm iş, onların təhlili və seqmentasiya (bu və ya digər marketinq aksiyasının keçirilməsi üçün);
• Yeni məhsullar üzrə ölçmələrin həyata keçirilməsi;
• Məqsədli auditoriya ilə qarşılıqlı fəaliyyətin təhlili əsasında strategiyanın işlənib hazırlanması. Müştərilərlə qarşılıqlı fəaliyyətin təşkili və koordinasiyası, məsələn, sms – göndərişlər, elektron poçtla sorğular;
• Pərakəndə blokun hesabatlarının hazırlanması;
• Müştəriyönümlü analitikanın hazırlanması.
• Web-dən məlumat çəkmək web scraping

Tələblər :

- Ali təhsil
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli,ingilis dili arzuolunandır
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- MS Office, SQl, Phyton proqramlaşdırma dillərini bilməli
- Komandada işləmək bacarığı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Data / CRM analitik ” qeyd edib bu ünvana göndərəsiniz - career@embawood.com


Bu şirkətin digər vakansiyaları