Bugün 3 vakansiya və 1 CV əlavə edilmişdir

Strategiya və Büdcə şöbəsinin Baş mütəxəssisi / Meneceri
Kapital Bank Müddət: 2020-10-28 - 2020-11-28
Baxış sayı: 234 Vakansiya № 1004109
Şəhər: Bakı

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Strategiya və Büdcə şöbəsinin Baş mütəxəssisi / Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması
• Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması
• Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.