Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Məlumat mərkəzi və telesatış şöbəsinin müdiri
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-10-29 - 2020-11-28
Baxış sayı: 630 Vakansiya № 1004110
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin Məlumat mərkəzi və Telesatış şöbəsinə müdir vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!

Görəcəyiniz işlər:

  • Operatorların işinin effektiv şəkildə təşkili, bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
  • Cari iş proseslərinin nəzarətdə saxlanılması, operatorların iş yerlərində effektiv şəkildə fəaliyyət göstərə bilməsi üçün iş yükünün pik saatlarını düzgün təyin etmək;
  • Rutin işləri minimuma endirmək, mütəxəssislərin daha da səmərəli çalışmasına maraq yaratmaq üçün motivasiya sistemlərindən istifadə;
  • Stressdən azadolma metodlarının aşılanması və operatorların “emosional tükənmə” və “peşəkar yanma” sindromlarından uzaqlaşdırma;
  • Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
  • Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
  • Zəng sayının artırılması, skriptlərin təkmiləşdirilməsi;
  • Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
  • Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak;
  • Bankın rəhbərliyinə lazımi məlumat və hesabatların təqdim olunması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

  • Məlumat mərkəzi və ya satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
  • Məlumat mərkəzi və ya satış üzrə rəhbər və ya trener kimi təcrübəsi olan
  • Münaqişələrə  kreativ həll yolu tapan
  • Analitik düşünmə bacarığı olan
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
  • Güclü kommunikativ qabiliyyətə sahib olan
  • Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Məlumat mərkəzi və telesatış şöbəsinin müdiri")

Əlavə məlumat üçün: www.ibar.az