Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Müştəri xidmətləri üzrə mütəxəssis
Sabah Group LLC Müddət: 2020-10-31 - 2020-11-30
Baxış sayı: 914 Vakansiya № 1004122
Şəhər: Bakı

Vəzifələr

- Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunması;

- Müştərilərə edilən/müştərilərdən gələn zənglərə cavab vermək, lazımi ünvanlara istiqamətləndirmək;

- Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;

- Müvafiq məlumatları toplamaq və şirkətin potensial müştəri sisteminin və xidmət sonrası əlaqə; sistemlərinin müəyyən edilmiş prossedurlar çərçivəsində işlədilməsinə nəzarət etmək;

- Yönləndirilən suallara dolğun və səlis cavab vermək;

- Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi;

- Mağaza daxilində faəliyyət göstərən kameralara nəzarətin edilməsi.

Tələblər

- Ali təhsil;

- Yüksək ünsiyyət qabiliyyəti;

- Gülərüz, səbirli və mehriban olmaq;

- Əla səviyyədə rus dili biliyi;

- Yaxşı səviyyədə ingilis dili biliyi

- Detallara diqqət etmə və təzyiq altında işləmək bacarığının olması.

İş rejimi : Həftənin 5 günü, saat 10:00 – 19:00. Şənbə və Bazar günləri istirahət günləridir.

Vəd etdiklərimiz:

- AR-ın Əmək məcəlləsinə uyğun sənədləşmə
- Karyera yüksəlişi

- Mehriban kollektivlə işləmək imkanı
- Əmək haqqı:
İlk 3 ay sınaq müddəti üçün 350 AZN, sınaq müddəti bitdikdək sonra isə 400AZN

Maraqlanan namizədlərdən CV-lərini recruitment@sabah-group.com e-poçt ünvanına " Müştəri xidmətləri üzrə mütəxəssis" başlığı ilə göndərmələri xahiş olunur.