Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

İngilis dili müəllimi
Vital Education Center Müddət: 2020-11-02 - 2020-12-02
Baxış sayı: 338 Vakansiya № 1004134
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

- Yüksək motivasiya və effektivliklə tədris etmək qabiliyyəti;

- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək;

- Xarici dilin tədrisi metodikasına dərindən bələd olmaq;

- Tapşırıq, test materialları və imtahan sualları hazırlamaq;

- Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq;

- Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək;

- Kursun tanıdılması işlərində yaxından iştirak etmək.

Namizədə qarşı tələblər: 

- Pedaqoji sahədə ali təhsil (minimum bakalavr);

- Fərdi və qruplarla işləmək bacarığı;

- Tədris planı hazırlamaq və təqdim etmək qabiliyyəti (oyun və.s );

- Müvafiq sahə üzrə miniumum 3 il iş təcrübəsi (kurs sahəsi arzuolunandır);

- IELTS/TOEFL sertifikatları və yüksək nəticələri olanlara üstünlük veriləcək.

Tələb olunan bacarıqlar:

- Peşəsinə yüksək motivasiya ilə yanaşma;

- Tələbələrə fərdi və fərqli yanaşma;

- Yüksək çalışmaq və öyrətmək həvəsi;

- Dərslərin idarə edilməsi bacarığı;

- Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;

- İngilis dilini bütün səviyyələr üzrə tədris etmə bacarığı;

- Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;

- Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi vital.edu.center@outlook.com elektron ünvanına göndərməyiniz xahiş olunur.