Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Logistika üzrə mütəxəssis
Zeytun Pharmaceuticals Müddət: 2020-11-03 - 2020-12-03
Baxış sayı: 437 Vakansiya № 1004137
Şəhər: Bakı

Tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi ən azı 1-2 il;
• MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
• İngilis və Rus dili üzrə biliklər;

Vəzifə öhdəlikləri

• Dərman preparatlarının qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi;
• Qaimə üzrə mədaxil olunmuş dərman preparatlarının, tibbi ləvazimatların və kosmetik vəsatələrin alış, topdan və pərakəndə satış qiymətlərinin sistemə əlavə edilməsi;
• Müqavilə və sənədlərin tarixlərinin, qaimələrdə qeyd olunan məbləğlərin uyğunluğuna nəzarət edilməsi;
• Sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə əməkdaşlıq edilən şirkətlərlə elaqə yaradılması və mütəmadi məlumat mübadiləsinin təmin edilməsi;
• Sertifikat analizlərinin qaimədə qeyd olunan seriya nömrələri ilə uyğunluğunun yoxlanılması;
• Beynəlxalq Ticarət Sövdələşməsinə uyğun nəqliyyat hesab-fakturaların hazırlanması üçün tələb olunan sənədlərin əməkdaşlıq edilən şirkətlərə elektron şəkildə göndərilməsi;

İş şəraiti:

∙ İş yeri: Begoc Biznes Mərkəzi (Zərifə Əliyeva küç., 93)
∙ 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
∙ Nahar şirkət tərəfindən təmin olunur;
∙ Əmək haqqı müsahibə zamanı müəyyən olunacaqdır.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.


Bu kateqoriyada digər vakansiyalar