Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Satış şöbəsinin mütəxəssisi
Bank Avrasiya ASC Müddət: 2020-11-05 - 2020-12-05
Baxış sayı: 343 Vakansiya № 1004164
Şəhər: Bakı

İş barədə məlumat

- Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini təmin etmək
- Kredit sifarişlərini qəbul etmək və təhlil etmək
- Müştəri ilə müntəzəm əlaqə saxlamaqla onun ehtiyac və tələblərinə cavab verən məhsul və xidmətlər təklif etmək
- Ona həvalə olunmuş kredit portfelini müstəqil idarə etmək və müştərinin kreditlə bağlı bütün sorğularını cavablandıran ilkin struktur vahidi kimi fəaliyyət göstərmək
- Prosedurla müəyyən olunmuş formaları (sənədləri) doldurmaq və müştəridən kredit sifarişinin dəyərləndirilməsi üçün zəruri sənədləri tələb etmək və almaq
- Müştərinin (hüquqi şəxs) səlahiyyətli şəxsləri ilə normal əməkdaşlıq münasibətləri qurmaq, kredit riskinə nəzarət etmək məqsədilə bu münasibətləri inkişaf etdirmək, müştərilərlə müntəzəm görüşlər keçirmək
- İdarə etdiyi portfel üzrə kredit yığımına, o cümlədən 30 günədək gecikdirilmiş borcların yığımına nail olmaq
- İş qrafiki: həftədə 5 gün - 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Ali iqtisadi və ya biznes təhsili
- Bank və digər kredit təşkilatlarında ən azı 2 il təcrübə tələb olunur
- Planlaşdırma və analitik təhlil bacrıqları
- Problemə tez reaksiya verəbilmə qabiliyyəti
- MS Office proqramında işləmək bacarığı

CV-lərinizi cv@bankavrasiya.az ünvanına göndərməyiniz xahiş olunur.
CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur.


Bu şirkətin digər vakansiyaları