Bugün 1 vakansiya və 0 CV əlavə edilmişdir

Maliyyə monitorinqi üzrə aparıcı mütəxəssis
Qazax Sement Zavodu MMC Müddət: 2020-11-07 - 2020-12-07
Baxış sayı: 210 Vakansiya № 1004177
Şəhər: Bakı

Aparıcı mütəxəssis (Maliyyə monitorinqi üzrə)

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

• Maliyyə sahəsində ali təhsili olmalıdır;
• Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır;
• Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
• Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
• Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.

Əsas vəzifə öhdəlikləri:

• Maliyyə planını hazırlamaq və yerinə yetirmək;
• Maliyyə vəziyyətini monitorinq etmək;
• Pul vəsaitlərinin hərəkətini idarə etmək;
• Gələcək maliyyə ehtiyatları üzrə tələbləri proqnozlaşdırmaq;
• Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasını təmin etmək;
• Aralıq ödəniş sertifikatı üzrə formalaşmış debitor borcların və digər alacaqların vaxtlı-vaxtında daxil olmasını təmin edir;
• Maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsini təmin edir;
• Cəmiyyətin maliyyə risklərini təhlil edir, mütamadi olaraq hesabtlar hazırlayıb Rəhbərliyə təqdim edir.
• Debitorlar və kreditorlarla yarana biləcək maliyyə risklərinin vaxtında qarşışının alınması üçün prosedurlar və təlimatları hazırlayaraq, təsdiq olunduqdan sonra tətbiqinə nəzarət edir.
• Cəmiyyətin debitor və kreditorlarla qarşılıqlı münasibətlərini tənzimləyən təlimatları işləyib hazırlayır və daxili nəzarət sisteminin qurulmasına və qorunmasına dəstək verir;
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas təminatlar:

•Nahar ilə təmin olunur,
•Aylıq mobil rabitə limiti ilə təmin olunur,

E - mail : Hamza.Xocayev@qsz.az  Mövzu hissəsində " Aparıcı mütəxəssis (Maliyyə monitorinqi üzrə) " qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.