Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Maliyyə direktoru
Arsenal Group Müddət: 2020-11-10 - 2020-12-10
Baxış sayı: 229 Vakansiya № 1004181
Şəhər: Bakı

İş barədə məlumat

- Həvalə edilmiş departamentin (baş mühasib,mühasib,xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması.Mühasibat,hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik
- 1.C (8.3 UPP) proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik
- Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
- Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
- Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
- Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
- Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
- Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
- Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
- Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
- Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
- Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması
- Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
- Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi
- Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
- Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət
- Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
- Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr

İş qrafiki:
- Tam iş günü, iş qrafiki I-VI günlər,saat 9:00-dan 18:00-dək
- Ofis Gənclik-Nərimanov ərazisində yerləşir
- Əmək haqqı - 2500 AZN + KPİ (sistem qurulduqdan sonra)

Namizədə tələblər

- Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
- Maliyyə nəzarətin prinsiplərini bilməli
- Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
- Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli
- Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklər
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklər
- Müvafiq sahədə (baş mühasib və maliyyə direktoru) ən azı 5 il iş təcrübəsi
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti
- ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilmək,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə minimum 3 il iş təcrübəsi
- 30-45 yaş həddi
- Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
- Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
- Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

E-mail:  cv@arsenalgroup.az