Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

HiPo Region
Woodpecker Müddət: 2020-11-10 - 2020-12-10
Baxış sayı: 142 Vakansiya № 1004183
Şəhər: Cəlilabad

Woodpecker MMC – HiPo Region

Şirkətimiz barəsində: 1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir.

Proqramın məqsədi: Regionlarda əmək bazarı potensialının artımına, işsizliyin azalmasına dəstək vermək. Şirkəti potensiallı, inkişafa meylli əməkdaşlarla təmin etmək, gələcək inkişaf istiqamətləri üzrə onlardan, qarşılıqlı qazanma şərtilə, fayda əldə etmək.

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

  • Özü ilə birgə təyin edilmiş proqram üzrə inkişaf etmək,
  • Proqram çərçivəsində verilən tapşırıqların icrası,

Proqram daxildə olan bir çox istiqamətləri əhatə edə bilər (satış, müştəri xidmətləri, mühasibatlıq və digər).

NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:

  • Ali təhsil (iqtisadi sahələri bitirənlərə üstünlük veriləcək)
  • Təcrübə tələb edilmir,
  • İngilis dili biliyi B1-B2 dərəcə üstünlükdür, Rus dili üstünlükdür,
  • İqtisadi sahədə məqalə, araşdırma və ya hər hansı bu tipdə çalışmaları olubsa üstünlükdür,
  • MS Office (Excel, Word)

Emosional bacarıqlar və vərdişlər:

  • Detallara diqqətli olmaq
  • Araşdırmaçı ruhu
  • Kritik düşünmə və təhlil
  • Problemlərə həll edici yanaşma
  • Analitik düşünmə
  • Həvəsli, əzmli

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:

  • İş yeri: Cəlilabad Bu rayonda yaşayan, yaşama imkanı (öz evi, ailəsinin evi) olanlar müraciət edə bilər.

Müraciətinizi e-mail ünvanına göndərin (mövzu yerində vakansiya adı və Cəlilabad qeyd edilməklə): hr@wtm.az